Kreml: Putin Trampla görüşməyə hazırdır
Bölmə: Dünya › ,Tarix: 21:24 08.11.2024
Kreml bəyan edib ki, prezident Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukrayna məsələsini müzakirə etməyə hazırdır, lakin bu, Putinin tələblərini dəyişəcəyi anlamına gəlmir.
Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra ən çox gözlənilən məsələlərdən biri Rusiya-Ukrayna müharibəsinin gələcəyinin necə olacağıdır.
Kampaniya zamanı bu müharibəni çox qısa müddətdə bitirə biləcəyini deyən və Ukrayna lideri Zelenskini tənqid edən Tramp Rusiya lideri Putinlə də görüşə biləcəyini bildirib.
Trampın qələbəsindən sonra Kreml məsələ ilə bağlı açıqlama verib.
Kreml bildirib ki, Putin Ukrayna məsələsini Donald Trampla müzakirə etməyə hazırdır, lakin bu o demək deyil ki, Putin öz tələblərini dəyişəcək və Rusiyanın Ukraynadakı hədəfləri dəyişməyib.
Putin Moskvanın ABŞ-ın yeni lideri ilə dialoqa hazır olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov, Tramp və Putin arasında mümkün telefon danışığı ilə bağlı suala, hələlik bu mövzuda konkret məlumat olmadığını və Rusiya-ABŞ münasibətlərində hər hansı bir yaxşılaşma barədə danışmağın tez olacağını, lakin Putinin dialoqa açıq olduğunu dəfələrlə vurğuladı.
Mənbə: HABERTÜRK
Elnurə Kərimova