Kiyevdə təhlükəsizlik siqnalları səslənir!
Bölmə: Dünya › ,Tarix: 13:45 13.11.2024
Ukrayna hakimiyyəti ümummilli hava hücumu xəbərdarlığı yayıb. Baş Qərargah rəisi Andriy Yermak “Putin hazırda Kiyevə raket hücumu edir” deyərkən, Çerniqov bölgəsindən bir raketin paytaxt Kiyevə doğru irəlilədiyi açıqlanıb. Rusiya hücumda ballistik raketlərlə yanaşı, strateji döyüş təyyarələrindən atılan, idarə olunan raketlərdən də istifadə edib.
Ukrayna hakimiyyəti bu gün bütün ölkəni əhatə edən hava hücumu xəbərdarlığı yayıb.
Baş Qərargah rəisi Andriy Yermak paytaxt Kiyevə raket hücumu ilə bağlı xəbərdarlıq edib.
"Putin hazırda Kiyevə raket hücumu həyata keçirir", - Yermak Telegram mesajlaşma proqramında yazıb.
Ukrayna Hərbi Hava Qüvvələri səhər saatlarında raketin ölkənin hava məkanına daxil olduğunu və paytaxta doğru getdiyini bildirib.
Bəyanatda “Diqqət! Çerniqov vilayətində Kiyev bölgəsinə doğru istiqamətlənən raket var", - deyilir.
Həftəsonu Moskva və Kiyev gecə ərzində bir-birinə rekord sayda pilotsuz təyyarə hücumu həyata keçirib.
Zelenski xəbərdarlıq edib ki, Rusiya Ukrayna qüvvələrini Rusiyanın Kursk bölgəsindən sıxışdırıb çıxarmaq üçün Şimali Koreya döyüşçüləri də daxil olmaqla, təxminən 50 min əsgərdən ibarət qüvvə hazırlayır.
Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.
Mənbə: NTV HABER
Elnurə Kərimova