Məşhur general qəflətən dünyasını dəyişdi

Bölmə: Hadisə › ,
Tarix: 21:58 03.09.2015

Musayev Rasim İslam oğlu Azərbaycanda tanınmış generallardan olub. O, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə Şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı iləona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü ilin fevral ayının 2-dən Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin rəisi idi.

General bu gün evində ürəktutmasından dünyasını dəyişib.