Azərbaycanda 7 bal gücündə zəlzələ qeydə alınıb
Bölmə: Hadisə › ,Tarix: 10:00 04.09.2015
Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
İnformator xəbər verir ki, zəlzələ saat 09.49-da Şəki arazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.
Ucar, Mingəçevir, Yevlax və Gəncə də zəlzələ hiss olunub. Zəlzələ yerin 13 kilometr dərinliyində baş verib, maqniturası 5,9 olub.