Qida əlavələrinin reseptə yazılmasına niyə icazə verilmir?

Bölmə: Sosial › ,
Tarix: 15:14 24.12.2024

Qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırılır. Cərimələrin artırılması İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişikliklərdə öz əksini tapıb. 

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında Tibb üzrə ekspert Aydın Əliyev bildirib: 

 

"Apteklərdə satılsa da, qidalara uyğun resept yazılmadığı üçün qidaları sadəcə xəstələrə məsləhət edirik ki, filan xəstəlikdə bu qida olar, yaxud olmaz. Ona görə də, qida və qida əlavələrinə resept yazılmır. Bundan əlavə, onların tərkibində(xüsusi hazırlanma, tərkiblərini yoxlanma) çoxsayılı problemlər var. Ona görə də, hələlik icazə verilmir ki, resept yazılsın və mən də bunu düzgün hesab edirəm".

 

Mehriban Nəsibova