Bu xəstəliyə diqqət yetirin! 50 yaşdan sonra daha çox rast gəlinir!
Bölmə: Sosial › ,Tarix: 23:13 29.12.2024
Mütəxəssislər xüsusilə 50 yaşdan sonra diz artritinin daha çox olduğunu bildirirlər. Ümumiyyətlə qocalma prosesi ilə əlaqəli olan bu pozğunluq oynaqlardakı qığırdaq toxumasının aşınması nəticəsində meydana gəlir və zamanla ağrı və hərəkətin məhdudlaşdırılması kimi problemlərə səbəb ola bilir. Oynağı meydana gətirən sümüklər diz oynağının içərisində qığırdaq zədələndiyinə görə bir-birinə sürtünərək hərəkət etməyə başladıqda, oynağın normal anatomiyasını pozduqda diz artriti meydana gəlir.
Diz artriti ümumiyyətlə orta yaşlı xəstələrdə (40-50 yaş və yuxarı) müşahidə edilsə də, xəstələrin 70 %-dən çoxunda 55 yaşdan yuxarı diaqnoz qoyulur.
Yüksək çəki, genetik-ailəvi səbəblər və əvvəlki travmalar səbəblərdəndir.
Diz oynağını meydana gətirən sümüklərin sınıqları, anadangəlmə sümük əyrilikləri, iltihablı revmatizm (revmatoid artrit), podaqra xəstəliyi, şəkərli diabet və piylənmə nəticəsində gənc xəstələrdə də müşahidə oluna bilər.
Xəstəlik haqqında məlumat verən Ortopediya və Travmatologiya Mütəxəssisi Dos. Dr. Tuna Pehlivanoğlu, "Diz ağrıları artritin ən əhəmiyyətli və ilk tapıntılarından biridir" ,-dedi.
Bundan əlavə, gecə sizi oyandıracaq qədər şiddətli ağrılar yuxunu pozur. Həyat keyfiyyətini ciddi şəkildə azalda bilər. Gəzməkdə çətinlik çəkmək və hətta yeriyə bilməmək, yeriyərkən dizin kilidlənməsi, diz oynağının xüsusilə içəriyə doğru əyilməsi, dizdə səs-küy eşitməsi ümumi simptomlardır. Hərəkətin azalması səbəbindən diz ətrafındakı əzələlər də zəifləyir, bu da xəstələrin gündən-günə fiziki fəaliyyətlə məşğul ola bilməməsinə səbəb olur.
Mənbə: Ahaber
Mehriban Nəsibova