Gənclər üçün yay məktəbi təşkil olundu

Bölmə: Sosial › ,
Tarix: 18:00 27.12.2024

Müasir Gənclik və Sosial İnkişaf  İctimai birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə Bərdə şəhəridə Region gənclərinin peşə və karyera  inkişafı üzrə  Yay  Məktəbi adlı lahiyə icra etmişdir.

Lahiyədə region gənclərinin peşə secimi və gələcəkdə karyeranı  necə qurmaq və inkişaf etdirmək lazımdır mövzusunda çıxışlar olmuşdur.

Tədbirdə çıxış. edən Müasir Gənclik və Sosial İnkişaf  İctimai birliyinin , sədri E Əsədov gənclərin müasir peşə seçimi haqqında çıxış etmişdir.

Burada müasir gəncliyin, inkişafında karyera qurmaq, və inkişaf etmək onlərın müasir dövrün tələblərinə ıuyğun formalaşması müasir peşə secim bazarın tələblərinə uyğun  ixtisasların, secimi və iş tapması məssəllərinə toxunulmuşdur.

Tədbirdə müzakirə olunan  mövzu tədbir iştirakcılarında   xüsusi maraq oyatmışdır.  

Tədbirdə digər çıxış edən  Xəyalə  Əhmədova peşə və koryera quruculuğunda qızların iştirakı məsələsinə toxunaraq qeyd etmişdir ki , regionlarda  qızların  peşə seçimi və karyera quruculuğu prosesində müəyyən problemlər var.

Bu problemlərin  həllində  bu lahiyyənin  həyata keçirilməsi qızlar ücün  regionlarda  karyera quruculuğu sahəsində ciddi irəlləyiş olacağına inandığını  bildirdi sonda   tədbir gənclər arasında  qarşılıqlı fikir mübadiləsilə yekunlaşdı.