KKM-də son iki ayın ən böyük çıxışı yaşandı

Bölmə: Dünya › ,
Tarix: 18:50 23.01.2025

Valyuta məzənnəsindən qorunan TL əmanətləri (KKM) və iştirak hesablarındakı azalma davam edir.

 

Bankçılıq Tənzimləmə və Nəzarət Təşkilatının (BDDK) həftəlik bülleteninə görə, 17 yanvar həftəsində valyuta məzənnəsindən qorunan TL əmanətləri və iştirak hesabları ümumilikdə 38,1 milyard TL azalaraq 1 trilyon 47,5 milyard lirəyə düşüb.

 

SON 2 AYIN ƏN YÜKSƏK ÇIXIŞI GERÇƏKLƏŞDİ

 

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatlarına əsasən, 17 yanvar həftəsində valyuta məzənnəsindən qorunan TL əmanət hesablarından çıxış son iki ayın ən yüksək səviyyəsinə çatıb. Bu vəziyyət əmanət sahiblərinin alternativ investisiya vasitələrinə yönəldiyini göstərir.

 

KKM TƏTBİQİ SONLANDIRILACAQ

 

Mərkəzi Bank, dərc etdiyi 2025 Pul Siyasəti Komitəsi (PPK) mətnində, valyuta məzənnəsindən qorunan əmanət (KKM) tətbiqinin sona çatacağını açıqlayıb. Bu qərarın bazarlarda TL əmanət faizlərinə və valyuta məzənnələrinə necə təsir edəcəyi maraqla izlənilir.

 

Mənbə :CNN türkçe

Nigar Həsənzadə