ABŞ və İran Münasibətlərində Gərginlik-Artan Təzyiqlər və Yeni Çağırışlar

Bölmə: Siyasət › ,
Tarix: 19:02 23.01.2025

Son günlər ərzində ABŞ və İran münasibətləri mövzusu çox aktualdır.

 ABŞ prezidenti Tramp İranın zəiflədiyini düşünür. Buna cavab olaraq isə SEPAH-ın keçmiş komandanı və hazırda İranın Məsləhət Şurasının üzvü Möhsün Rzayi -"Tramp İranın zəifləməsi ilə bağlı əsassız iddialara aldanmamalıdır. İran həmişəkindən daha güclüdür və istənilən vəziyyətə hazırdır”, - fikrini bildirib.

 

Məsələylə bağlı "informator.az"a açıqlamasında politoloq Kazım Kazımov bildirib ki, ABŞ ilə İran münasibətləri bilindiyi kimi 1979-cu ildən etibarən gərgindir və iki ölkə arasındaki münasibətlər son müddət ərzində daha da kəskinləşib:

 

"ABŞ prezidenti Donald Trampın birinci prezidentliyi dövründə SEPAH-ın Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsi, İrana yönəlik sanksiyaların ağırlaşdırılması və nüvə sazişindən ABŞ çəkilməsi iki ölkə arasındaki mövcud vəziyyəti daha da ağırlaşdırdı. Demokratlar dönəmində qismən yumuşalma gözlənilsə də lakin İran və İsrail arasında qarşıdurmalar və Qəzzadakı proseslər yumuşalmaya imkan vermədi. Son bir ildə İran və İsrail arasında ilk dəfə ballistik raketlər səviyyəsində toqquşma yaşandı. Bu toqquşma birbaşa ABŞ -İran münasibətlərinə təsir etdi.

 

 İranın zəifləməsi mövzusu Bəşər Əsədin hakimiyyətinin devrilməsi, onların resurslarının azalması ,Hizbullahın bir çox komandirlərin o cümlədən Həsən Nəsrullahın öldürülməsi və ən son İranın İsrailə qarşı hərbi ballistik raketlər atmasının İsrail üçün o qədərdə əhəmiyyətli olmaması, İranda baş verən küçə mintiqləri və zəifləmiş iqtisadiyyatı İranın gücünün azalması müzakirələrinə gətirib çıxarıb".

 

Məryəm Zaliyeva