Suriyadan terror təşkilatına xəbərdarlıq-Hazır olacağıq!

Bölmə: Dünya › ,
Tarix: 19:29 23.01.2025

Suriya Müdafiə Naziri Murhaf Əbu Qəsra, terror təşkilatı PKK/YPG-ni xəbərdar edərək, "Danışıqlar qapısı hazırda açıqdır. Əgər güc tətbiq etmək məcburiyyətində qalsaq, hazır olacağıq",- dedi.

 

TERROR TƏŞKİLATI DEAŞ-LA MÜBARİZƏ

 

Rusiyayla əlaqələrin formalaşdırılması məsələsində yeni rəhbərliyin Xarici İşlər Nazirliyinin işlər apardığını bildirən Əbu Qəsra, "İran əlini Suriya üzərindən çəkməlidir. Suriyalı şiə qruplar da suriyalıdır",- ifadələrini işlətdi.

 

Əbu Qəsra, "Cəmiyyət ilə ordu arasındakı boşluğu aradan qaldırmaq üçün ordunun vəzifəsi vətəni və xalqı qorumaq olacaq. Müdafiə Nazirliyi hansısa bir tərəfə aid qurum deyil, suriyalılara məxsusdur",- dedi.

 

Yeni rəhbərliyin Müdafiə Naziri Əbu Qəsra, terror təşkilatı DEAŞ-la mübarizə aparmaq üçün böyük bir potensiala sahib olduqlarını da əlavə etdi.

 

Əbu Qəsra, "Suriyanın şimal-qərbindəki ordudan ayrılan komandirlər, 2011-ci ilin əvvəlində ordudan ayrılan və müxalif qruplarla işləyən komandirlər və xaricdəki zabitlərin sayı 6 min 400 ilə 7 min arasındadır",- deyə bildirdi.

 

Suriyalı nazir, Suriyada devrilmiş Bəşər Əsəd rejim qüvvələrinin geridə buraxdığı minaların təmizlənməsi üçün Türkiyədən mina təmizləyən maşın və avadanlıqlar almaq istədiklərini də dilə gətirdi.

 

Mənbə: haber7

Aygün Babayeva