14 Fevral -Beynəlxalq Kitab Bağışlama Günüdür

Bölmə: Sosial › ,
Tarix: 14:30 14.02.2025

Kitablar bizim ən mehriban dostlarımızdır. Kitabların həyatımızdakı rolu tükənməzdir. Onlar bizi ayrı-ayrı ölkələrə səyahətə çıxarır. Onlarsız həyat mümkün deyil. Kitablar insanlara toxunur və onların həyatlarına dərin iz salır. İstər uşaqlıqda bizlərə oxunan nağıllar olsun ,istər bədii ədəbiyyat ,istərsə də tədris vəsaitləri onların hər biri bizim həyatımızdan keçib.

 

"Yaxşı kitab çox qiymətli xəzinədir",- deyib Həsən bəy Zərdabi.

 

Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-də məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb. Hər il minlərlə həm oxunan, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

 

"Sənə kitab hədiyyə edəni unutma, sənə kitab oxuyanı isə heç unutma".

 

Məryəm Zaliyeva