Özbəkistan Bakıya uçuşları artırır

Tarix: 18:32 15.02.2025
Özbəkistan Hava Holları (Uzbekistan Airways) Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını artıracaq.
İnformator.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
“Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən uçuşların sayı həftədə 4 dəfə olacaq”, – deyə məlumatda qeyd olunub.
Mayıl Soltanov