Boşanma zamanı sənədsiz evlərin bölgüsü -Hüquqşünas AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 20:56 19.02.2025

Ailələr boşanarkən evin bölünməsi haqqında müzakirlər gedir. Elə evlər də var ki, sənədsizdir, yəni kupçasızdır. Belə halda tərəflər arasında yenidən mübahisə yaranır

 

Mövzu ilə bağlı hüquqşünas Günay Abbasova “informator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının ailə qanunverciliyinə görə nikahın pozulması zamanı məhkəmə tərəflərin birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır:

 

“Bu zaman nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab edilir. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa, əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 

Məhkəmə ər-arvadın ümumi birgə mülkiyyətini bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvad arasında onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin ya arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb, onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər”. 

 

Müsahibimiz sözlərində sənədsiz evlərin bölünməsi haqqında da danışıb:

 

"Əmlakın bölünməsi zaman məhkəmə əvvəlcə bu evin nikah dövründə alınıb-alınmadığını müəyyən etməlidir. Müvafiq faktın müəyyən edilməsi ilə məhkəmə həmin əmlakın alqı-satqı dəyəri və ər-arvadın hansınınsa, əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin miqdarına əsasən əmlakın bölgüsünü həyata keçirməlidir”. 

 

Kəmalə Vəliyeva



Bölmədən digər xəbərlər
QHT regionda maarifləndirmə tədbirlərini davam etdirir
Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.