Smart şəhər texnologiyaları və nəqliyyat idarəetməsi

Bölmə: Sosial › ,
Tarix: 23:07 19.02.2025

Smart şəhər texnologiyaları, müasir şəhərlərin nəqliyyat idarəetmələrində inqilabi dəyişikliklər yaradır. Bu texnologiyalar, nəqliyyatın təhlükəsiz, səmərəli və ekoloji cəhətdən davamlı olmasını təmin etmək üçün istifadə olunur

 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “informator.az”a açıqlamasında bildirib ki, smart şəhər texnologiyaları nəqliyyat idarəetmələrində əsas pay sahibidir:

 

“Bu texnologiyaların yüksək səmərəliliyi var. Əsas səmərəlilik ondan ibarətdir ki, bu və digər formada istehsal və istehlak prosedurlarına tam əminlik təmin olunur. Məsələn, yolların işıqlandırılmasında elektriklə işləyən smart tipli lampalar varsa, o yollardan nəqliyyat vasitəsi keçməzsə, işıqlar yanmır. Yəni, həmin əraziyə zərurət olmadıqda elektrik enerjisi getmir. İşıqforların tənzimlənməsi də buna misal ola bilər. Əgər bir hərəkət istiqamətində nəqliyyat vasitəsi yoxdursa, o işıqfor sönür. Yaxud digər istiqamətə qırmızı sönür, yaşıl yanır, ya da əksinə. Daha sonra izləmə sistemləridir ki, bu yükdaşıma və marşrut dispetçer sistemlərinə aiddir. Yəni, avtobusun izlənməsi, onun nə qədər məsafə qət etməsi, yolda qalması, sərnişinlərin sayına təsir və s. Bunların hamısı özündə ehtiva olunan məsələlərdir”.

 

Meşədiyeva Türkanə



Bölmədən digər xəbərlər
QHT regionda maarifləndirmə tədbirlərini davam etdirir
Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.