Havanın soyumasının orqanizmə təsiri

Tarix: 13:29 24.02.2025
Hər fəsilə uyğun qidamıza, geyimimizə fikir versək, sağlığımızı da qoruyuruq .Qışda enerjimiz çox sərf olunur, çünki yaz fəslinə keçid olunur.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, qış yeməkləriylə, yaz, yay yeməkləri fərqli olmalıdır:
"İnsan bədəninin 70- 80%-i sudur. Gün ərzində 1,5 litr, 2 litr su içilməlidir. Təbiətin verdiyi bitkilərdən, süd-qatıqdan düzgün istifadə etməliyik. Fiziki hərəkətlərimizə diqqət yetirməliyik. Sərf olunan enerjiyə uyğunda, qidalar qəbul olunmalıdır. Qar zamanı bütün orqanlar isti saxlanılmalıdır. Bizim digər canlılardan fərqimiz oturaraq yemək yeməyimizdir. Gəzərək qida qəbul etmək arzuolunmazdır. Bu zaman mədə-bağırsaq sistemi normal çalışmır. İmmun sistemini gücləndirmək lazımdır".
Nigar Səmədli