50 minə yaxın mobil cihazın IMEI kodu elektron xidmət üzərindən yoxlanılıb

Tarix: 12:20 11.11.2015
Oktyabr ayında "Elektron hökumət" portalı vasitəsi ilə IMEI kodu yoxlanılan mobil cihazların sayı sentyabr ayına nisbətdə 4 faiz artıb.
Rabitə və yüksək texnologiyalar nazirliyindən verilən xəbərə görə, ötən ay "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidmətindən 49957 dəfə istifadə olunub.
Bu xidmət vasitəsi ilə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür: "Mobil qurğunun standartlara uyğun olub-olmamasını "Elektron hökumət" portalına daxil olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin e-xidmətləri arasından "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidmətini seçməklə yoxlamaq olur. Bunun üçün, telefonun IMEI kodunu müvafiq xanaya daxil edib yoxla düyməsini seçmək kifayət edir".
Qeyd edək ki, bu xidmətdən istifadə zamanı portal autenfikasiya tələb etmir.