Tramp rəsmi olaraq elan edib! Putinlə nə vaxt görüşəcək?

Tarix: 20:03 17.03.2025
ABŞ Prezidenti Donald Tramp sabah Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcəyini açıqlayıb. Tramp bəyanatında, “Ukraynadakı müharibəni bitirə bilərikmi, görmək istəyirik. Bəlkə bacararıq, bəlkə də bacarmarıq, amma düşünürəm ki, çox yaxşı bir şansımız var" deyə bildirib.
ABŞ Prezidenti Donald Tramp sabah Rusiya Prezidenti Vladimir Putinlə danışacağını elan edib.
Tramp, Floridadan Vaşinqtona gedərkən təyyarədə jurnalistlərə açıqlamalar verib.
Prezident Tramp, “Çərşənbə axşamına qədər açıqlayacaq bir şeyimizin olub-olmadığını görəcəyik. Çərşənbə axşamı Prezident Putinlə danışacağam. Həftə sonu çoxlu işlər görüldü. Bu müharibəni sona çatdırıb-çatdırmayacağımızı görmək istəyirik" ifadələrini işlədib.
Tramp, Putinin “ərazi” və “enerji stansiyaları” mövzularında da danışacaqlarını bildirib.
A Xəbər
Günel Verdiyeva