Paşinyan və Yeni Müharibə Ehtimalları-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:49 18.03.2025

Ermənistan Hava Yolları apreldə təyyarə meydançasının yenilənməsi ilə bağlı uçuşları dayandıracağını bəyan edib. ‘’Caliber.az’’ apreldə Ermənistanın Azərbaycanla müharibəyə başlayacağı ilə bağlı xəbər vermişdi. 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib ki, yeni müharibə Ermənistanda Paşinyanın mövqeyini daha da zəiflədə bilər:

 

"Ermənistanın Azərbaycana qarşı müharibə başladacağını düşünmürəm. Ermənistan hər nə qədər silahlansada, Azərbaycanla döyüşə biləcək potensiala malik deyil. Digər tərəfdən, yeni müharibə Ermənistanda Paşinyanın mövqeyini daha da zəiflədə bilər. Amma bu o demək deyil ki, Ermənistanın təxribat hərəkətləri olmayacaqdır. Biz yenə də bunun şahidi olduq. Son bir neçə gündə atəşkəsin pozulması bunun göstəricisidir. Bu təxribatların davam edəcəyini proqnozlaşdıra bilərik. Çünki Ermənistan bu təxribatlarla Azərbaycanı cavab verməyə məcbur etməyə və beynəlxalq aləmdə özünün guya sülhpərvər görünüşünü möhkəmləndirməyə çalışır. Eyni zamanda, Aİ müşahidəçilərinin sərhəddə qalmasına zəmin yaratmağa çalışır. Müharibə ehtimalı mənə görə azdır. Ermənistan xarici himayədarlarının təhriki ilə hərbi avantüraya əl ata bilər, amma mən bunun olacağını düşünmürəm. Müharibə Ermənistana məğlubiyyət gətirəcəkdir və Ermənistan da bunun fərqində olmalıdır. Digər tərəfdən, sərhəd zonasında Ermənistanın silahlarının susmaması, istehkamların möhkəmləndirilməsi aprel ayında olmasa da, bəlkə də gələcək bir neçə ildə və ya daha sonra Ermənistan regionda yenidən hansısa hərbi avantüranın marağında ola bilər".

 

Günel Verdiyeva