Ermənistan ATƏT-in Minsk qrupundan imtina edəcəkmi?-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:09 19.03.2025

 

“Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik”.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Paşinyanın ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına dair şərhində deyilir.

 

Mövzu ilə bağlı politoloq Sahil Kərimli “informator.az”a açıqlamasında bildirib ki, bu gün Ermənistan rəhbərliyi bu cür siyasi manipulyasiyalarla bölgədə sülhün və təhlükəsizliyin daimi olmasına mane olurlar:

“Onlar açıq-aşkar riyakar və ikiüzlü bəyanatlar səsləndirməklə bütün məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışırlar. Amma əsl həqiqət budur ki, bu gün atəşkəsi dəfələrlə pozan da, sülh danışıqlar prosesində prosesi ləngitməyə çalışan da Ermənistan rəhbərliyidir. Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər dövlət rəsmilərinin Azərbaycanı ittiham edən şəxslər bilməlidirlər ki, bunun heç bir əsası yoxdur. Məsələ Azərbaycanın irəli sürdüyü ədaləti sülh təklifindən gedir”.

 

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun imtina məsələsi danışıqlar prosesinə müsbət töhfələr verəcək:

 

“Çünki Azərbaycan ilk gündən bəyan edib ki, danışıqlar prosesində heç bir vasitəçiyə, beynəlxalq təşkilatın vasitəçiliyinə ehtiyac yoxdur. ATƏT-in Minsk qrupu prosesdən kənarlaşdırılarsa, bu danışıqlar prosesində daha böyük uğurun əldə olunmasına gətirib çıxara bilər”.

 




Kəmalə Vəliyeva