Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Tarix: 16:50 20.03.2025
Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub.
Mövzuyla əlaqədar politoloq Azad Məsiyev “informator.az”a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm Defakto, həm də Deyure öz ərazi bütövlüyünü bərpa etdi:
"Ermənistanın bu məğlubiyyətini Erməni diasporası qəbul edə bilmir. Ermənistan başda ABŞ olmaqla, Qərbi öz tərəfinə alaraq, həm siyasi, həm iqtisadi , həm də hərbi cəhətdən güclənməyə cəhd edir. Faktiki olaraq, Ermənistan Hindistandan, Fransadan və digər dövlətlərdən silah almaqla, öz hərbi gücünü bərpa etməyə çalışır. Ermənistan ABŞ’ dən maliyə dəstəyi alır və bu dəstəkdə əsasən hərbi sahəyə ayrılır. Ermənistan bu yollarla Azərbaycana təzyiq göstərməyə çalışır. Bu təzyiq üçün də, mütləq şəkildə Azərbaycan Ermənistan sərhədində atəşkəs pozulmalıdır ki, Azərbaycan tərəfi düşmənə cavab versin və bu yolla Qərb dövlətləri atəşkəsi Azərbaycanın pozduğunu deyərək, Azərbaycan üzərinə siyasi təzyiglər edilsin”.
Ekspertin sözlərinə görə, Ermənilərin son vaxtlarda atəşkəs rejmini pozması təxribat xarakterlidir:
“Lakin atəşkəsin pozulması müntəzəm xarakter alarsa, Azərbaycan tərəfinində özünü müdafiə haqqı var və bu haqq BMT-nin beynəlxalq nizamnaməsində özünü əks etdirir. Azərbaycan özünümüdafiə haqqından istifadə edərək, Ermənistanın təxribat xarakterli müdaxiləsinə cavab verəcəkdir. İstənilən halda Azərbaycanın özünümüdafiə haqqı var və bunu istifadə edəcəkdir. Amma bu təxribat qərb tərəfindən Paşinyan hökümətinə verilmiş bir sifarişdir. Beləlikıə Ermənistan tərəfi atəşkəsi bilərəkdən pozur. Çünki Avropa müşahidə qrupu Beynəlxalq aləmdə Azərbaycana qarşı təzyiq kompaniyasına başlasınlar. Eyni zamanda Paşinyanında fəaliyyətində qeyri-müəyyənlik var. Çünki sözdə sülh sazişinin imzalanmasından danışır amma faktiki olaraq silahlanmaya üstünlük verir”.
Asiman Vəliyeva