Romada Paulo Dybala şoku! -Mövsümü başa vurdu

Tarix: 21:34 20.03.2025
Roma klubunun ulduzu Paulo Dybala zədələnməsi səbəbindən mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
İtaliya Serie A klubu Roma, argentinalı futbolçu Paulo Dybalanın zədəsi səbəbindən əməliyyat olunacağını açıqlayıb. Klubun məlumatına görə, Dybalanın sol semitendinosus əzələsindəki zədə səbəbindən yaxın günlərdə əməliyyat ediləcəyi bildirilib. Təcrübəli futbolçunun 3 ay müddətində meydanlardan uzaq qalacağı və mövsümü başa vuracağı gözlənilir.
Mənbə: CNN News Türkçe
Nigar Həsənzadə