İranda 5 bal gücündə zəlzələ baş verib

Bölmə: Hadisə › ,
Tarix: 14:26 21.03.2025

İranın İsfahan əyalətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ baş verib.

 

Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri İsfahan əyalətinin Natanz şəhəri olan 5 bal gücündə zəlzələ yerli vaxtla saat 10:23-də qeydə alınıb.
Yerin 10 kilometr dərinliyində baş verən zəlzələdə insan tələfatının olub-olmaması ilə bağlı hələlik açıqlama verilmir.

 

Mənbə: CNN Türk
Nərmin Həşimova