“Avropanın hərbiləşdirilməsi çox təhlükəli tendensiyadır”

Tarix: 18:55 21.03.2025
Kremlin sözçüsü Dmitri Peskov:
"Avropanın hərbiləşdirilməsi çox təhlükəli tendensiyadır. Bu, vəziyyəti sakitləşdirməyə və qarşılıqlı etimad mühitini təmin etməyə kömək etmir və Avropada təhlükəsizliyə töhfə vermir" , - deyib.
Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Avropanın hərbiləşdirilməsi məsələsinə toxunan Peskov bir çox avropalıların buna qarşı olduğunu, lakin ölkə hökumətlərinin bu yolla getdiyini bildirib. "Avropanın hərbiləşdirilməsi çox təhlükəli bir tendensiyadır. Bu, vəziyyəti sakitləşdirməyə və qarşılıqlı etimad mühitini təmin etməyə kömək etmir və Avropada təhlükəsizliyə töhfə vermir" , - deyib.
“Rusiya Ukraynanın enerji infrastrukturuna hücum etməkdən çəkinir”
Ukrayna ordusunun Rusiya ərazisinin Kursk vilayətinin Suca şəhərində təbii qaz nasos stansiyasına hücum etdiyinə diqqət çəkən Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın enerji infrastrukturlarına hücum etməyəcəyi ilə bağlı verdiyi sözə əməl etmədiyini bildirib. Peskov:
"Rusiya Prezidenti Vladimir Putinin əmri qüvvədədir. Rusiya Silahlı Qüvvələri ABŞ və Rusiya arasında əldə olunmuş razılaşmaya (30 gün ərzində enerji infrastrukturu obyektlərinə qarşı hücumlardan qaçmaq) əməl edərək, Ukraynanın enerji infrastrukturuna hücumlardan çəkinir" , - deyib.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva