"CHP sədrinin çağırdığı küçə çıxılmazdır"

Tarix: 19:55 21.03.2025
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin küçədə tapılan bir ölkə olmadığını və küçə terroruna təslim olmayacaq bir ölkə olmadığını bildirərək, "CHP sədrinin çağırdığı küçənin çıxılmaz bir küçə olduğunu unutmayın", — dedi.
Prezident Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində 21 Mart Novruz Bayramını Anma Proqramında çıxış edib.
Ərdoğan çıxışında İstanbuldakı korrupsiya əməliyyatını bəhanə edərək küçələrdə qarışıqlıq salmağa çalışdıqlarını bildirərək, “Bilin ki, sırf öz mənfəətlərini qorumaq, öz maraqlarını önə çıxarmaq üçün millətimizin əmin-amanlığını təhdid edən, xalqımızı təhrik edən, bir ovuc səriştəsiz və iddialı insanlara göz yummayacağıq”, — dedi.
Bu millətin əzəli qardaşlığının zədələnməsinə heç vaxt razı olmadıqlarını və bundan sonra da razılaşmayacaqlarını vurğulayan Ərdoğan, "Bax, bunu çox açıq və birbaşa deyirəm: CHP sədrinin çağırdığı küçə çıxılmazdır, unutmayın. Oğurluğu, soyğunçuluğu, hüquqsuzluğu müdafiə etmək üçün məhkəmə zalları yerinə küçəyə işarə etmək hüquqsuzluqdur", — dedi.
Ərdoğan əlavə edib: "Hörmətlə bildirirəm ki, marjinalların arxasınca getməklə, polisimizə hücum etməklə, işini görən hakim və prokurorlarımızı təhdid etməklə, məhkəmələrə təzyiq göstərməklə, demokratiyaya və milli iradəyə meydan oxumaqla, qanunsuz, qeyri-etik və antidemokratik yollara əl atmaqla bu ölkədə heç bir uğura nail olmaq mümkün deyil. Türkiyə küçədə tapılan bir ölkə deyil və küçədə də terrora məruz qalmayacaq", —dedi.
"Biz ictimai asayişin pozulmasına qətiyyən dözməyəcəyik. Küçə terroruna heç vaxt təslim olmadığımız kimi, bundan sonra da vandalizmə təslim olmayacağıq", — deyə Ərdoğan fikrini tamamlayıb.
Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva