Çin, dünyanın ən uzun məsafəli kvant kommunikasiya əlaqəsini reallaşdırdı

Tarix: 17:51 21.03.2025
Çinli alimlərin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Çin ilə Cənubi Afrika arasında peyk vasitəsilə 12 900 kilometr məsafədən kvant kommunikasiya əlaqəsini reallaşdıraraq bu sahədə rekord qırıb.
Şinhua agentliyinin xəbərinə görə, Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları nəticələri Nature jurnalında yayımlanan təcrübədə Jinan-1 texnologiya test peykindən istifadə edərək Çindəki yer stansiyasından Cənubi Afrikadakı yer stansiyasına real vaxt rejimində kvant açarlarının paylanmasını (QKD) həyata keçirməyə müvəffəq olublar.
Şifrələnmiş siqnalları 12 900 kilometr uzağa ötürən tədqiqatçılar, dünyanın ən uzun məsafəli təhlükəsiz kvant kommunikasiya əlaqəsini qurublar. Bu təcrübə, qlobal miqyasda təhlükəsiz kvant kommunikasiya potensialını nümayiş etdirməsi baxımından inqilabi bir addım kimi qiymətləndirilir. Qeyd edək ki, Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları 2022-ci ildə 833 kilometrlik fiber-optik kabel üzərində kvant açarlarının paylanmasını həyata keçirərək bu sahədə rekord qırıblar. Beynəlxalq Kosmik Stansiyada (ISS) səkkiz günlük bir missiya üçün göndərilən astronavtlar Suni Williams və Butch Wilmore, gözlənilmədən doqquz ay boyunca kosmosda qaldıqdan sonra Yerə qayıtdılar. Lakin indi onları uzun bir bərpa prosesi gözləyir. Cənubi Uels Universitetindən İnsan Fiziologiyası üzrə mütəxəssis Prof. Damian Bailey bildirir ki, "Kosmos insanlığın üzləşdiyi ən çətin mühitlərdən biridir və insan bədəni bu ekstremal şəraitə uyğun şəkildə təkamül etməyib”.
TRT HABER
Billurə Quliyeva