İstanbulda böyük əməliyyat-İBB Başçısı İmamoğlu və 99 Nəfər barəsində həbs qərarı!

Tarix: 00:10 22.03.2025
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Başçısı Əkrəm İmamoğlu və 99 nəfər barəsində həbs qərarı verildi.
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Başçısı Əkrəm İmamoğlu və 99 nəfər haqqında "cinayət təşkilatının rəhbəri olmaq", "cinayət təşkilatına üzv olmaq", "irtikab", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tender prosesinə müdaxilə etmək" ittihamları ilə həbs qərarı çıxarılıb.
Digər tərəfdən, İBB Başçısı İmamoğlu ilə birlikdə Şişli Bələdiyyə Başçısı Şahan da daxil olmaqla 7 nəfər haqqında "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı irəli sürülüb və onların da həbsinə qərar verilib.
İstanbul Respublika Baş Prokurorluğunun yaydığı yazılı açıqlamada, Cümhuriyyət Xalq Partiyasındakı (CHP) "pul sayma" görüntüləri ilə bağlı aparılan araşdırma çərçivəsində ifadə verən şahidlərin "İBB Başçısı İmamoğlu və bir çox şəxsin iş adamlarını məcburi şəkildə pul verməyə vadar etdikləri, bəzi iş adamları ilə birlikdə haqsız qazanc əldə etdikləri, vasitəçi şəxslər üzərindən alqı-satqı əməliyyatları apararaq cinayət yolu ilə əldə olunan pulları yuduqları və bu pulların transferi zamanı 'gizli kassir' kimi tanınan mülki şəxslərdən istifadə etdikləri" barədə ifadə verdiyi bildirilib.
Bu ifadələr əsasında aparılan araşdırmaların nəticəsində rəsmi istintaq başladıldığı qeyd olunub.
Mənbə: CNN Türk
Türkan Kərimli
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib