Beşiktaşda Yeni Mövsüm Heyət Planlaması Başlayıb

Bölmə: İdman › ,
Tarix: 13:22 22.03.2025

 

 

Beşiktaş yeni mövsüm üçün heyət planlamalarına start verib. Klub prezidenti Serdal Adalı, skaut şefi Eduard Qraf və baş məşqçi Ole Qunnar Solskjaer arasında görüş keçirilib. Müzakirələr zamanı mövsümün sonuna qədər komandada qalacaq və gələcək planlara uyğun oyunçular müəyyənləşdirilib.

 

Solskjaer növbəti mövsümdə komandada yer alacaq futbolçulara qərar verəcək və bu çərçivədə bütün oyunçuların maksimum fayda verməsi hədəflənəcək. Gənc futbolçu Mustafa Erhan Hekimoğluna isə daha çox şans tanınacağı bildirilib. 17 yaşlı hücumçunun milli fasilədən sonra heyət planlamasında önəmli rol oynayacağı və ehtiyatdan oyuna daxil olan ilk futbolçu olacağı gözlənilir.

 

Bundan əlavə, albaniyalı futbolçu Ernest Muçi də əsas heyətə qayıtmaq üçün çalışmalarını davam etdirir. Zədəsini sağaldan və fiziki cəhətdən hazır olduğu bildirilən futbolçu, milli komandanın düşərgəsində fərdi məşqlərini davam etdirir. Beşiktaş heyətinin formalaşdırılması ilə bağlı qərarların yaxın həftələrdə daha da dəqiqləşəcəyi gözlənilir.

 

TRT Spor

Gülhüseynova Güllər