Bakı Madridə uduzub

Tarix: 14:53 22.03.2025
Bakıdakı Olimpiya Stadionu 2027-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.
Caliber.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Avropanın ən nüfuzlu klub turnirinin həlledici oyunu 2027-ci ildə İspaniyanın paytaxtı Madriddəki Metropolitano stadionunda baş tutacaq.
Qeyd edək ki, 2026-2027 mövsümünün Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün Bakı və Madrid UEFA-ya müraciət ediblər.
Mənbə: Caliber
Aytən Ağazadə