“Biz Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumuna cavab vermək hüququnu özümüzdə saxlayırıq”

Bölmə: Dünya › ,
Tarix: 17:27 22.03.2025

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumuna cavab vermək hüquqlarını özlərində saxladıqlarını bildirib.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Ukraynanın Rusiyadakı enerji obyektlərinə davam edən hücumları" ilə bağlı yazılı açıqlama verib. ABŞ-nin enerji infrastrukturu obyektlərinə hücum etməmək barədə razılaşmasına baxmayaraq Kiyevin Rusiya ərazisinə hücumlarının davam etdiyini bildirən Zaxarova Ukraynanın martın 19-da Kubandakı yanacaq anbarına, martın 21-də isə Kursk bölgəsindəki Suca təbii qaz ölçmə stansiyasına hücum etdiyini qeyd edib.

 


Mənbə: TRT Haber
Kəmalə Vəliyeva