İsrail ordusu 7 fələstinlini həbs edib

Bölmə: Dünya › ,
Tarix: 21:19 22.03.2025

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə təşkil etdiyi basqınlarda 7 fələstinlini nəzarətə götürüb.



İsrail əsgərləri burada bir çox evə girərək zorla axtarışlar aparıblar. Şəhərdə əsgərlər vasitəsilə atılan səs bombalarının partlayışları eşidilib. Əsgərlər bəzi evlərin damına çıxarkən fələstinlilərə səs-küylü qumbara və gözyaşardıcı qaz balonları atıblar.

İsrail əsgərləri şəhərdə fələstinlilərə məxsus avtomobilləri saxlayıb və intensiv şəxsiyyət yoxlamaları həyata keçirib.

 

Mənbə: a haber
Nərmin Həşimova