ABŞ mediası açıqlayıb: “Tramp, Türkiyəyə F-35 satışına müsbət baxır”

Tarix: 22:18 22.03.2025
ABŞ mediası, Prezident Donald Trampın, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Türkiyəyə yenidən F-35 satışı məsələsinə müsbət yanaşdığını bildirib.
Amerikan Fox News kanalının, mövzu ilə bağlı məlumatlı iki mənbəyə istinadən verdiyi xəbərə görə, Tramp Ankaraya F-35 satışı məsələsini dəyərləndirir. Xəbərdə qeyd olunur ki, Tramp, Prezident Ərdoğanla görüşünün ardından Türkiyəyə qarşı tətbiq olunan sanksiyaları ləğv etməyi və F-35 döyüş təyyarələrinin satışını yenidən başlatmağı nəzərdən keçirir.
S-400 Detalı
Xəbərdə bildirilir ki, “Tramp, Türkiyənin S-400-ləri işləməz hala gətirəcək bir razılaşmaya gələcəyi təqdirdə, F-35 təyyarələrinin satışına açıq olduğunu bildirib". Məlumata görə, bu təyyarələrin Türkiyəyə satıla bilməsi üçün ABŞ-nin “Sanksiyalar Vasitəsilə ABŞ-nin Rəqibləri ilə Mübarizə Qanunu” (CAATSA) çərçivəsində tətbiq etdiyi sanksiyaları ləğv etməsi lazım olacaq. Tramp isə komandasına “Türkiyənin CAATSA sanksiyalarından necə yan keçə biləcəyi” ilə bağlı araşdırma aparmalarını tapşırıb.
Qeyd edək ki, Prezident Ərdoğan və ABŞ Prezidenti Tramp 16 mart tarixində telefon danışığı apararaq, bir sıra ikitərəfli və regional məsələləri geniş şəkildə müzakirə ediblər.
CNN Türk
Günel Verdiyeva