Kanada ABŞ-lə “ticarət müharibəsində” qalib gələcəyinə inanır

Bölmə: Dünya › ,
Tarix: 14:56 23.03.2025

Kanada Xarici İşlər Naziri Melanie Joly ABŞ-nin "ən böyük müştərisi" olduqlarını, buna görə də tariflərlə başlayan "ticarət müharibəsini" qazanacaqlarına inandıqlarını bildirib

 

Kanadanın xarici işlər naziri Melani Coli ABŞ Prezidenti Donald Trampın tarif tətbiqləri ilə bağlı BBC-yə açıqlama verib. 

 

ABŞ ilə "ticarət savaşı"nda qalib gələcəklərinə inandıqlarını ifadə edən Joli, "ABŞ-nin ən böyük müştərisi bizik. Amerikadan Çin, Yaponiya, İngiltərə və Fransanın cəmindən daha çox alırıq”,- dedi. 

 

Tariflər və artan qiymətlərin kanadalılar üçün prioritet olduğunu qeyd edən Joli, ABŞ və Kanada iqtisadiyyatlarının "bir-birinə bağlı olduğunu" ifadə etdi.

 

 "Nəhayət, düşünürük ki, amerikalılar bu müharibədə qalib gəlməkdə bizə kömək edəcəklər, çünki onlar öz qanunvericilərinə mesaj göndərə bilərlər".

 

Şərh edən Coli Liberal Partiyaya ölkədə erkən seçkilərin keçiriləcəyi təqdirdə Trampın tarifləri ilə məşğul olmaq üçün “aydın səlahiyyət” verilməsini istəyib. Digər tərəfdən, Kanadanın yeni Baş naziri Mark Karninin parlamentin bu ayın sonunda yenidən açılmasından əvvəl federal seçki təyin etməsi, kanadalıların isə ən tez aprelin sonunda seçkilərə getməsi gözlənilir.

 

Mənbə: Haber Global 

Çimnaz Telmanqızı