Böyük Britaniya Televiziya Sənayesi böhran içərisindədir

Bölmə: Dünya › ,
Tarix: 21:39 23.03.2025

Məşhur tarixi dram Wolf Hallun rejissoru Peter Kosminsky, ötən ilin ikinci seriyasının çəkilişinin başlamasına bir neçə həftə qalmış büdcə sıxıntıları səbəbindən təxirə salınacağını bildirib.

 

Kosminsky, BBC Two-nun Newsnight verilişində dediyinə görə, sonunda Wolf Hall: The Mirror and The Light adlı seriyada xarici səhnələri ləğv etdiklərini və nəticədə dramın çoxunun “otaqlarda baş verən söhbətlərə” çevrildiyini qeyd edib. Kosminsky, BBC və ITV kimi ictimai xidmət kanallarının artıq yüksək büdcəli Britaniya dramları çəkməyə gücləri çatmadığını bildirir. O, bunun üçün Britaniya mədəniyyətini dəstəkləyəcək bir fond yaratmaq məqsədilə UK abunə əsaslı yayımlama xidmətlərindən 5% əlavə vergi alınmasını təklif edir. Kosminsky BBC-yə deyib ki, çəkilişə başlamağa yalnız altı həftə qalmış, artıq bəzi rekvizitlər, lokasiyalar, geyimlər və aktyorlar kəsildikdən sonra istehsalçı ilə birgə çətinliklərin hələ də çox olduğunu gördük və layihəni davam etdirməyə qərar verdilər. Kosminsky, orijinal ssenaridə çoxlu açıq hava səhnələrinin, atlarla səhnələrin və Hilary Mantelin romanına əsaslanan böyük bir turnir səhnəsinin olduğunu, amma bütün bunların sonradan kəsildiyini qeyd edir. O, çəkilişin başa çatmasından sonra vəziyyətin daha da pisləşdiyini və artıq BBC və ITV-nin belə yüksək büdcəli proqramları çəkə bilməyəcəyini bildirib. Kosminsky həmçinin deyib ki, gələcəkdə Britaniya tamaşaçıları bu cür dramların yayımlanmadığını hiss edəcəklər. Kosminsky və digər mütəxəssislər həmçinin, yayımlama platformalarının qiymət artımları və maliyyə çətinlikləri səbəbindən ictimai xidmət verən yayımçıların bu vəziyyətə davam gətirə bilmədiklərini bildirirlər.


BBC Culture

Billurə Quliyeva