Dünyada neftin qiyməti aşağı düşür

Tarix: 14:10 24.03.2025
Keçən həftənin sonunda artan neft qiymətləri bu bazar ertəsi günü aşağı düşüb. Caliber.az-ın məlumatına görə, bunu ticarət məlumatları sübut edir.
Hazırkı vəziyyətə görə, Brent markalı neftin iyun ayı üçün futures qiyməti 0,35% azalaraq 71,36 ABŞ dollarına düşüb, WTI markalı neftin may ayı üçün futures qiyməti isə 0,31% azalıb və 68,07 ABŞ dollarına enib.
Ötən həftənin nəticələrinə əsasən, hər iki növ neftin qiyməti 1,46% bahalaşıb.
Mənbə: Caliber
Aytən Ağazadə