Şərqi Asiyanın iki ölkəsi alovlara təslim oldu

Bölmə: Dünya › ,
Tarix: 20:52 25.03.2025

Cənubi Koreya və Yaponiya eyni anda meşə yanğınları ilə mübarizə aparır. Yaponiyada yanğın yaşayış ərazilərinə çatıb və çox sayda ev kül olub. Cənubi Koreyada isə yanğını söndürməyə çalışan 4 yanğınsöndürən həyatını itirib.

 

Cənubi Koreyanın şimalında günlərdir davam edən meşə yanğınları hələ də söndürülə bilmir. 9 min yanğınsöndürən bölgədə işləyir və beş fərqli ərazidə davam edən yanğınlara 120 helikopterlə müdaxilə edilir. Həftə sonundan bəri davam edən yanğınlarda quru və güclü küləklər söndürmə işlərini çətinləşdirir. İndiyə qədər bölgədən minlərlə insan təxliyə edilib. Ulsan, Şimali və Cənubi Yongsan əyalətlərində fövqəladə vəziyyət elan olunub. Yaponiyanın qərb bölgələrində başlayan meşə yanğınları çox sayda evi məhv edib. Bölgədə minlərlə insan üçün təxliyə əmri verilib. Yanğınlarla mübarizə üçün yüzlərlə yanğınsöndürən və hərbi helikopterlər səfərbər edilib. Hazırda yüzlərlə hektarlıq ərazi kül olub.


CNN Türk

Billurə Quliyeva