Putin Trampa özünü hədiyyə edib! “ABŞ Prezidenti çox təsirlənib"

Tarix: 21:01 25.03.2025
Kreml bazar ertəsi verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putinin ötən həftə administrasiyanın xüsusi nümayəndəsi Stiv Vitkofla görüşündə ABŞ Prezidenti Donald Trampa “şəxsi bir hədiyyə” göndərdiyini bəyan edib. Məlumata görə, Putin Trampa xüsusi hazırlatdığı və öz fotosunun olduğu bir portret hədiyyə edib. Trampın bu zərif hədiyyədən təsirləndiyi bildirilib.
Trampın yenidən prezidentliyə namizəd olması və Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri diqqət çəkməyə davam edir. Son olaraq Putinin Trampa öz portretini hədiyyə etdiyi məlum olub.
Kreml: Putin portreti Trampın nümayəndəsinə verib
Kreml sözçüsü Dmitri Peskov açıqlamasında bildirib ki, Putin portreti bu ayın əvvəlində Moskvada Trampın xüsusi nümayəndəsi Stiv Vitkofa təqdim edib. Peskov hədiyyənin Trampa çatdırılmadan əvvəl Vitkofa verildiyini qeyd edib.
Vitkof: Tramp portreti “gözəl” adlandırıb
Vitkof ötən həftə keçmiş Fox News aparıcısı Taker Karlsona verdiyi müsahibədə Trampın bu portreti “gözəl” adlandırdığını və ondan açıq şəkildə təsirləndiyini bildirib.
O, Putinin Rusiya rəsmiləri ilə Ukraynadakı müharibənin dayandırılması barədə danışıqlar apardıqdan sonra bu hədiyyəni göndərmək qərarına gəldiyini deyib.
Atəşkəs danışıqları Səudiyyə Ərəbistanında davam edir
Atəşkəs danışıqları Səudiyyə Ərəbistanında davam etdiyi bir vaxtda ABŞ rəsmiləri Ukrayna nümayəndələri ilə görüşlərdən sonra rusiyalı rəsmilərlə fikir mübadiləsi aparıb.
Tramp hədiyyəni “zərif” adlandırıb
Vitkof bildirib ki, Putin Trampa təqdim etdiyi portreti “zərif” adlandırıb. O, həmçinin keçən il Trampın mitinq zamanı güllələndiyi xəbəri yayılanda Putinin onun üçün dua etdiyini xatırladıb: “Putin köhnə dostu üçün dua edirdi".
Keçmiş bir hədiyyə: Putinin Trampa verdiyi futbol topu
Putin 2018-ci ildə o zamankı ABŞ Prezidenti Donald Trampa futbol topu hədiyyə edib.
Həmin hədiyyə ABŞ Gizli Xidməti tərəfindən yoxlanılmış və topun içində mümkün dinləmə cihazlarının olub-olmadığı araşdırılmışdı. Bu addım SSRİ dövründə bir ABŞ diplomatına verilmiş və sonradan dinləmə cihazı yerləşdirildiyi məlum olan hədiyyəni xatırladıb.
A haber
Günel Verdiyeva