CHP-nin Beyoğlu Bələdiyyə Başçısı şübhəli şəxs qismində dindirilməyə çağırılıb

Bölmə: Dünya › ,
Tarix: 22:19 25.03.2025

Beyoğlu Bələdiyyə Başçısı İnan Güney CHP İstanbul İl Konqresi seçkilərində saxtakarlıq və Siyasi Partiyalar Qanununun pozulduğu iddiası ilə başladılan istintaq çərçivəsində şübhəli şəxs qismində dindirilməyə çağırılıb.

 

CHP İstanbul İl Konqresinin son seçkilərində seçki saxtakarlığı və Siyasi Partiyalar Qanununun pozulması iddiası ilə İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaq davam edir. İstintaq çərçivəsində Beyoğlu bələdiyyə başqanı İnan Güney ifadə vermək üçün “şübhəli” şəxs qismində prokurorluğa çağırılıb. 

Mənbə:TRT Haber
Aysel Mirzəyeva