Süni intellekt ilə “doğrulama” axını

Tarix: 22:24 25.03.2025
Məşhur adı ilə Twitter, yeni adı ilə X-də paylaşımların altında son dövrlərdə tez-tez rast gəldiyimiz cavablardan biri də “Grok bu doğrudurmu?” sualıdır. Grok’un süni intellekt söhbət botu olduğuna və yanlış məlumat da yarada biləcəyinə toxunan mütəxəssislər, sistemin təsdiqləmə xətti və ya doğrulama mərkəzi kimi istifadə olunmasının ciddi problemlərə yol aça biləcəyindən narahatdırlar.
Elon Musk’ın Twitter-i alıb adını X olaraq dəyişdirməsindən sonra sosial media platformasına gələn ən önəmli yeniliklərdən biri də Grok adlı assistent oldu. Süni intellekt dəstəkli bu sistem, fərqli qabiliyyətləri ilə yanaşı, istifadəçilərdən gələn suallara cavab verməsi ilə də seçilir. İlk dövrlərdə videoda səslənən bir mahnını tapmaq və ya paylaşılan səhnənin hansı filmə aid olduğunu müəyyən etmək kimi məqsədlər üçün istifadə olunan Grok son zamanlarda “doğrulama mərkəzi”kimi qəbul edilir.
Mənbə:TRT
Ətirə İbayeva