Turist sualtı qayığı batdı: Ölənlər var

Bölmə: Hadisə › ,
Tarix: 15:42 27.03.2025

Misirin Qırmızı dəniz sahilində 44 turisti daşıyan sualtı qayığın batması nəticəsində ən azı 6 nəfərin həyatını itirdiyi, 9 nəfərin yaralandığı bildirilib.

 

Misirin Qırmızı dəniz sahilində Hurqhada şəhəri sahillərində turist sualtı qayığının batması nəticəsində ən azı 6 nəfər ölüb, 9 nəfər yaralanıb. 44 sərnişinin olduğu sualtı qayıqdan 29 nəfərin sağ-salamat xilas edildiyi açıqlanıb.

 Bildirilib ki, sualtı qayığın adı “Sindbad” olub və liman yaxınlığında batıb.

 


Mənbə: Haber Global
Kəmalə Vəliyeva