İspaniyada dəhşətli partlayış!

Bölmə: Hadisə › ,
Tarix: 15:03 31.03.2025

İspaniyanın şimalındakı Asturiya bölgəsinin Deqana qəsəbəsində kömür mədənində baş verən qəzada azı 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı, 4 nəfərin itkin düşdüyü bildirilib.

 

Asturiya muxtar hökumətinin sözçüsü partlayış zamanı mədənçilərin qrafit istehsalı üçün mineral üzərində işlədiyini açıqlayıb. Bölgəyə çoxlu sayda təcili yardım, yanğınsöndürən və mülki yardım qrupları göndərilib.

 

Mənbə: a haber
Nərmin Həşimova