İspaniyada mədən qəzası-5 ölü, 4 yaralı

Tarix: 21:39 31.03.2025
İspaniyanın şimalındakı Asturias bölgəsinin Degana yaşayış məntəqəsində yerləşən kömür mədənində baş verən qəzada 5 nəfərin həyatını itirdiyi, 4 nəfərin isə yaralandığı bildirilib.
Asturias muxtar idarəetməsinin Təcili Yardım Xidməti Deganadakı kömür mədənində yerli vaxtla 09:30-da (Bakı vaxtı ilə 10:30) partlayış baş verdiyini və 5 nəfərin həlak olduğunu açıqlayıb.
Rəsmilər partlayışın mədənin üçüncü mərtəbəsində işlər zamanı bir maşında baş verdiyini qeyd ediblər.
Partlayışda 4 nəfərin ağır yaralandığını bildirən rəsmilər, 2 nəfərin isə xəsarət almadan xilas olduğunu açıqlayıblar.
Asturias muxtar idarəetmə hökumətinin sözçüsü Guillermo Pelaez partlayış zamanı mədən işçilərinin qrafit istehsalı üçün bir mineral üzərində icazəli iş apardıqlarını bildirib.
Hadisə yerinə çox sayda təcili yardım maşını, yanğınsöndürənlər və Mülki Müdafiə qrupu göndərilib.
Mənbə :TRT Haber
Nigar Həsənzadə