Tarixin saxtalaşdırılması və tarixə obyektiv baxış problemi

Bölmə: Sosial › ,
Tarix: 21:08 08.04.2025

 

Tarix yalnız keçmişi öyrənmək üçün deyil, bu günü və gələcəyi dərk etmək üçün də vacibdir. Lakin tarix bəzən siyasi məqsədlər üçün təhrif olunur, faktlar manipulyasiya edilir və cəmiyyətlərə fərqli şəkildə təqdim olunur.

 

Mövzu ilə bağlı ekspert Boran Əziz "İnformator.az"a bildirib ki,tarixin saxtalaşdırılması xalqın milli-mənəvi dəyərlərindən uzaqlaşmasına,qan yaddaşının unutdurulmasına xidmət edir:

 

"Bütün məsələlərin saxtalaşması,şübhəsiz ki, yolverilməzdir.Bunların içərisində tarixin saxtalaşdırılması xalqın milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmasına,qan yaddaşının unutdurulmasına xidmət edir.Ümumiyyətlə,torpaqlarımız işğal olunarkən müstəmləkəçilər öz işğalçı siyasətlərini 3 əsas istiqamətdə- siyasi,iqtisadi və mənəvi sahədə həyata keçirmişdir.Mənəvi sahə dedikdə dil,din,mədəniyyət və s. nəzərdə tutulur.Bu insanların,ümumiyyətlə,öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmasına xidmət eliyən olduqca məkrli bir siyasət olmuşdur.Bu baxımdan tarixin saxtalaşdırılması millətin həm özünü unutmasına, həm onun özgələşdirilməsinə,həm də simasızlaşdırılmasına, eyni zamanda öz dövlətçilik ənənəsini tamamilə yaddan çıxarmasına gətirib çıxardır".

 

Ekspert tədris olunan tarix ilə real tarix arasındaki fərqlərdən də danışıb:

 

"Bu gün ,təəssüf ki, tədris olunan tarix ilə real tarix arasında da ciddi fərqlər var.Əfsus ki, indiki tarix kitablarımız xeyli dərəcədə Marksiz-Leninçi metedologiyasından uzaqlaşmayıb.Həmçinin,çarizmin dövründən irəli sürülən bir sıra konsepsiyalarda qalmaqda davam edir.Bu baxımdan onun tamamilə yenidən yazılmasına,Azərbaycan tarixinin Ümumtürk və Ümummüsəlman dünyası konteksində öyrənilməsinə ciddi ehtiyac vardır.Uzunmüddətli tədris təcrübəmdən deyə bilərəm ki,orta məktəbi bitirən şagirdlər faktiki olaraq "Kitabi-Dədə Qorqud","Oğuzlar" və onların tarixi, səcərəsi və s. haqqında bilmirlər.Halbuki,Azərbaycan tarixini oğuzların tarixini bilmədən təsəvvür etmək mümkün deyil.Çünki bütün məsələlərin kökündə bu gəlib dayanır.Ona görə də tariximiz faktiki olaraq türk dövləti yaratmaq təfəkkürü,təcrübəsindən başlayaraq Azərbaycan xalqının yaranışı, Atabəylik sisteminin özündən əvvəlki inzibati idarəetmə üsulunun fərqli cəhətləri,Qaraqoyunlu və Ağqoyunlu tayfaları, onların adlarının mənası, bura daxil olan tayfalar,eyni zamanda digər məsələlər də,demək olar ki,tarix kitablarımızda,xüsusilə də, orta məktəblərimizdə yoxdur.Çox təəccüblüdür ki, orta məktəblərdə hazırda da Səfəvilərin etnik mənşəyi, yaxud da Şah Abbasın həyata keçirdiyi islahatlar və onun nəticələri köhnə Sovet konsepsiyası əsasında işıqlandırılmışdır.Biz sonraki dövr tariximizdə də buna rast gələ bilərik.Ona görə də hesab edirəm ki,xalqımızın tarixi yeni təfəkkürlü, milli düşüncəli,eyni zamanda yalnız rus deyil,avropa,uyğur,türk tarixşünaslığı ilə kifayət qədər dərindən bələd olan adamlar tərəfindən yaradılmalıdır.Yalnız bunun nəticəsində biz tariximizə obyektiv baxışı təmin edə bilərik".

 

 

Nəzrin Məmmədova