Anar Məmmədov evi yanan şəhid ailəsinə dəstək oldu - Fotolar

Bölmə: Sosial › ,
Tarix: 14:16 14.04.2025

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Tərtər rayonu Qaradağlı kəndində evi yanmış İsmayılova Sevda Gəray qızının ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

 

"İnformator.az" “Qafqazinfo” ya isyinadən xəbər verir ki, A.Məmmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ona deputatın səlahiyyətləri daxilində köməkliyin göstərildiyini bildirib, həmçinin zərərçəkmişin digər problemlərini dinləyib.

 

Məlumat üçün bildirək ki, Sevda İsmayılova Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun həyat yoldaşıdır. O,  bir müddət bundan öncə deputatın qəbulunda olaraq evinin yanması ilə əlaqədar müəyyən köməklik göstərilməsini xahiş edib.



Bölmədən digər xəbərlər
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.