İmtahanlarda rekord nəticələr: Keçid balları dəyişəcək?

Tarix: 14:26 14.04.2025
2025-ci il buraxılış imtahanlarının nəticələri çox uğurludur. Bu il rekord sayda yüksək nəticə göstərmiş abituriyent gördük. Bu bizi sevindirir. Bu, həm də onların imtahanlara ciddi hazırlaşdığını göstərir.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki,bu sözləri təhsil eksperti İlqar Orucov imtahan nəticələri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, yalnız bütün imtahan nəticələri tam açıqlanandan sonra keçid ballarının dəyişib-dəyişməyəcəyi haqda dəqiq danışmaq olar:
“Buna baxmayaraq, keçid ballarında müəyyən dəyişikliklərin olacağını da istisna etmək olmaz. Son illər trend olan ixtisaslar var və bu sahələrə maraq artıb. Bu il Nazirlər Kabineti tərəfindən universitetlərdə ixtisaslaşma ilə bağlı yeni təsnifat təsdiqlənib. Bu ixtisaslar həm də gələcəyin sahələri hesab olunur”.
İlqar Orucov gənclərin müasir dövrün tələblərinə uyğun olaraq informasiya texnologiyaları – süni intellekt, kibertəhlükəsizlik, avtomatlaşdırma və digər texnoloji sahələrə marağının artdığını vurğulayıb:
“Neft-qaz mühəndisliyi, tibbi ixtisaslar da populyarlığını qoruyur və bu sahələrdə də rəqabət güclü olacaq”.

İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.