Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? - SİYAHI

Tarix: 14:39 14.04.2025
Son rəsmi məlumatlara görə, 2023-cü ildə ölkədə 66 “Rolls-Royce” qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, 8 yeni “Rolls-Royce” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 mln. 200 min manatdır.
"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, bu avtomobillərin sahibləri arasında tanınmış şəxslər və iş adamları yer alır.
“Rolls-Royce”dən başqa 2024-cü ildə ölkədə yüksək qiymətə digər maşınlar da satılıb – 35 ədəd "Jaguar", 15 ədəd "Bentley" və s.
Maraqlıdır, bu dəbdəbəli avtomobillərin sahibləri kimlərdir?
Azərbaycanda “Rolls-Royce”, “Bentley” və “Jaguar” kimi lüks avtomobillərin sahibləri barədə məlumatlar məhdud və əsasən ictimaiyyətə açıq deyil. Lakin bəzi hallarda bu avtomobillərin sahibləri ilə bağlı məlumatlar mediada yer alır.

İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.