Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü

Bölmə: Sosial › ,
Tarix: 14:43 14.04.2025

 

Dünən axşam saatlarında Abşeron rayonunun Fatmayı kəndində qətl törədilib.

 

"İnformator.az" "Qafqazinfo” ya istinadən xəbər verir ki, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu Fatmayı bələdiyyəsinin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən Fatmayı sakini Kənan Məmmədov saxlanılıb.

 

Den.az-ın məlumatına görə, İ.Həşimov dünən oğlu ilə birgə Fatmayıya gedib və burada bir qrup yerli sakinlə münaqişə baş verib. Bu zaman İ.Həşimov avtomobillə K. Məmmədovun maşınını vurub. Kənan da bıçaqla 52 yaşlı kişiyə hücum edib.

 

Hadisə zamanı Kənan Məmmədovun idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Maşının aldığı zərbənin təsirindən alovlanması və ya K.Məmmədov tərəfindən qəsdən yandırılması hələlik məlum deyil.

 

Qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən ilin 1 iyun tarixində 23 yaşında yol qəzasına düşərək dostu ilə birgə həlak olub.



Bölmədən digər xəbərlər
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.