Şabranda çaydan sel keçdi, körpülərdə hərəkət məhdudlaşdırıldı

Tarix: 15:11 16.04.2025
Ötən gündən başlayan güclü yağış nəticəsində Şabran rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb.
“İnformator.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Həmçinin çay kənarında yerləşən evlərin sakinlərinin təxliyə edildiyi bildirilir.