ABŞ Ukraynaya yardımı azaltdı

Bölmə: Siyasət › ,
Tarix: 22:40 18.04.2025

ABŞ Ukraynaya verdiyi yardıma görə kompensasiya tələbini 300 milyard dollardan 100 milyard dollara endirib.


Bu mövzuyla bağlı “İnformator.az"a politoloq Samir Hümbətov bildirir ki, ABŞ-nin Ukraynaya yardımı azaltması bir çox amillərdən asılı ola bilər:

 

“ABŞ-nin əsas məqsədi Ukraynanın mineral resuslarını nəzarət altına almaqdır. Son açıqlamalarda da görünür ki, ABŞ həm də Rusiyanın Ukraynanın üzərindən gedən enerji xətlərinin nəzarətini həyata keçirmək istəyir. Sonuncu səbəb isə ABŞ-nin Çin ilə olan rəqabətini üstələmək üçün Rusiyadan daha çox istifadə etməyə çalışmasıdır. Şübhəsiz ki, Avropa İttifaqı (Aİ) ilə son dövrlər xüsusən də gömrük məsələsində ABŞ-nin özünün də münasibətləri gərgin hala gəlibdir. Heç də xoş olmayan, dünya iqtisadi sisteminə ciddi təsir edə biləcək bir hal yaranıbdır. Mən düşünürəm ki, əgər hadisələr belə davam edəcəksə, ABŞ-yə qarşı cəbhələşmə ola bilər. Həmçinin ABŞ öz strategiyalarında müəyyən dəyişikliklər etmək istəyir. ABŞ-nin burada əsas məqsədi Rusiyanı tamamilə parçalayıb, dağıtmaq deyil. Amma ABŞ-nin atdığı son addımlardan Avropa dövlətləri ciddi narahatçılıq keçirir. Onsuzda ABŞ-nin Avropa İttifaqı ilə münasibətləri gərgindir. Hələ uzun müddətdə əgər gömrük tarifləri qalacaqsa gərginlik daha da artacaq. Avropa İttifaqında və yaxud Qərbi Avropada bir bloklaşmanın olmasının ehtimalı qaçılmazdır. Yəni, baş verən bu proseslər son nəticə də Tramp adminstrasiyasının son 6 ay da verəcəyi qərarlar ölkənin istiqamətini müəyyənləşdirmiş olacaq. Ukrayna məsələsində hələki ciddi bir nəticə gözləmirəm. Müharibənin uzunma ehtimalı da çoxdur".


Aysel Mirzəyeva