Zəhərlənmə bu şadlıq evində olub -Say 32 nəfərə çatıb

Bölmə: Hadisə › ,
Tarix: 11:43 19.04.2025

Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub. 

 

"İnformator.az” Teleqraf-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində qeydə alınıb. 

 

Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd “Qafqazinfo”ya açıqlama verib: “19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.