Əfqanıstan-Tacikistan sərhədində 5,8 bal gücündə zəlzələ olub

Tarix: 14:25 19.04.2025
Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzinin (GFZ) məlumatına görə, şənbə günü Əfqanıstan və Tacikistan sərhəd bölgəsində 5.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ 92 kilometr (57 mil) dərinlikdə qeydə alınıb.
Zərər və ya itkilərlə bağlı təfərrüatlar hələlik azdır, çünki aidiyyəti qurumlar zəlzələnin təsir etdiyi ərazidə baş verənləri qiymətləndirirlər. Zəlzələ seysmik cəhətdən aktiv olan bir bölgədə baş verib və son illərdə bu ərazidə bir çox yeraltı təkanlar müşahidə olunub.
ANEWZ
Güllər Gülhüseynova